Dünya 16:57 14.12.2017

Yeni ili qarşılamaq üçün ən gözəl 10 şəhər (SİYAHI)

Qarşıdan Yeni il gəlir. Çox güman ki, əksəriyyətiniz artıq bayramı harada, necə keçirəcəyinə dair planlar qurub. Ancaq bəzilərimiz hələ də bayramla bağlı qərar verməmişik. Bu yazı məhz sizlər üçündür. 

Qaynarinfo bu yazıda sizə Yeni ilin ən gözəl qarşılandığı yerlərin siyahısını təqdim edəcək: 
 
1. Rusiya, Moskva
 

Moskva gediləcək şəhərlər arasında ilk yerdə qərarlaşır. Hər il bayrama sayılı günlər qalanda yağan qarın gözəlliyi ilə bəzənən şəhər romantik bayram yaşamaq istəyənlər üçün əvəzolunmaz seçimdir. Şəhərin möhtəşəm memarlıq mərkəzləri görüntüyə xüsusi gözəllik qatır. Moskvada təntənəli qeydetmə mərasimi isə Qızıl Meydanda keçirilir. 
 
2. Almaniya, Berlin
 
 
Yeni il axşamlarını rəngli işıqlarla bəzədilmiş Berlin küçələrində keçirmək sizə zövq verəcək. Avropanın gecə həyatı ən fəal olan şəhərlərindən biri olan Berlində gecə klublarında başlayacaq əyləncəniz gecə yarısından sonra meydan və küçələrdə davam edəcək. 
 
3. Çexiya, Praqa

 
Dünyanın ən romantik və ən təsirli şəhərləri arasında göstərilən Praqa klassik musiqiləri, Vltava gölündə qayıq turları, fişəng göstərişləri və əyləncə məkanlarındakı coşqun partilər ilə bol-bol əylənəcəyiniz bir bayram keçirmənizi təmin edəcək. 
 
4. Şimali Kipr 
 
 
Kazinoları, lüks otelləri, bir-birindən gözəl əyləncə məkanları ilə türklərin axın-axın getdiyi ölkədə yeni ildə bir çox məşhur sənətçinin çıxış etdiyi konsert proqramları təşkil olunur.
 
5. İtaliya, Roma
 
 
Eşq şəhəri Romanın orta əsrləri xatırladan küçələri, zaman gəzintisinə çıxaran memarlıq tikintiləri və əyləncənin bir an belə durmadığı kiçik meydanları insanları cəzb edir. Burada belə bir adət var ki, gecə yarısı insanlar "Eşq Bulağı” adlanan yerdə yeni ilə birgə qarşılayırlar. 
 
6. Türkiyə, İzmir


Türkiyənin Qərbə açılan pəncərəsi İzmirdə Yen il ərəfəsində küçələr işıl-işıl parıldayır. Şəhərin yeni il bayramı Cumhuriyyət meydanında baş tutur. 
 
7. Serbiya, Belqrad

 
Belqradın ucuz və yüksək səviyyəli xidmət göstərən əyləncə məkanlarında bütün ilin stressini ata bilərsiniz. Yerli xalqın istiqanlılığı və bir-birindən dadlı yeməkləri də şəhərin üstünlüklərindəndir. 
 
8. Fransa, Paris

 
Yeni ilə 1 ay qalmış küçələrində hazırlıqların başladığı, təntənənin hiss olunduğu Paris bu bayramı bir başqa gözəl qeyd edir. Champs-Elysees Bulvarı, Eyfel qülləsi ətrafında yığışan insanların bir ağızdan söylədiyi mahnılar və küçə partiləri bura gələnlərin gözəl vaxt keçirmələrini təmin edir. 
 
9. Hollandiya, Amsterdam



Dünyanın ən azad və sərbəst şəhəri hesab edilən Amsterdamda gecə yarısı şəhərin hər nöqtəsindən havaya fişənglər buraxılır. Dam, Leidsplein kimi meydanlar əylənmək üçün gələn insanlarla dolarkən kafe, bar və gecə  klubları xüsusi şənlik proqramlarıyla coşğulanır. 
 
10. Türkiyə, İstanbul


Rəngarəng işıqlarla başdan-başa bəzədilən İstanbulda bayram keçimək üçün otel və klublarda həftələr öncədən yer rezerv etmək lazımdır. 

Bunlarla yanaşı, Sidney, Sinqapur, Tokyo, Honqkonq, Nyu York da görkəmli yeni il şənlikləri ilə xatırlanan şəhərlər arasındadır. 
 
Nərmin Həsənli