Xəbər lenti

Ölkə 10:15 08.10.2018

Yol terroru: son 2 gündə 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Son iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, oktyabrın 6-dan 8-dək ölkədə 192 cinayət faktı qeydə alınıb, onların da 35-i "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->