Xəbər lenti

Yolun çökməsinə görə bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
Ölkə 15:45 15.07.2018

Yolun çökməsinə görə bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində yolun bir hissəsinin çökməsi ilə əlaqədar olaraq iki marşrutun istiqaməti dəyişdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

"Cəlil Məmmədquluzadə küçəsinin müəyyən hissəsinin çökməsi ilə əlaqədar olaraq 52 və 33 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib", - deyə məlumatda qeyd olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->