Video 12:26 04.04.2018

"Youtube"un binasına hücum edən azərbaycanlı Tarkan pərəstişkarı imiş (VİDEO)

"Youtube"un baş ofisində intihar edən 39 yaşlı Azərbaycan əsilli Nasim Nəcəfi Ağdamın Tarkan pərəstişkarı olduğu məlum olub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, pop ulduzla bağlı da video hazırlayıb.

Sözügedən videoda Tarkanın mahnı sözlərindən istifadə edərək, onunla azərbaycan dilində müsahibə götürən videoblogger müğənniyə olan sevgisini ifadə edib.

Həmin videonu sizlərə təqdim edirik: