Sağlamlıq 22:20 04.12.2017

Yumurtalıq xərçənginin əlamətləri hansılardır? (SİYAHI)

Xərçəng xəstəliyinin ən çətin növlərindən biri də yumurtalıqlarda olan şişlərdir.

Qaynarinfo bildirir ki, yumurtalıqdakı şiş böyüdükcə qasıq və qarında ağrılara səbəb olur. Bu ağrılar həftələrlə keçmir. Əgər bu kimi ağrılar olarsa, mütləq həkim müayinəsindən keçməlisiniz.

CİNSİ ƏLAQƏ ZAMANI AĞRILAR

Disparuni kimi bilinən cinsi əlaqə zamanı ağrıların müşahidə edilməsi yumurtalıq xərçənginin xəbərçisi ola bilər. Bəzən cinsi əlaqədən sonra vaginal qanamalar da müşahidə edilə bilər. Təbii ki, bu kimi qanaxmalar bəzən cinsi yolla yoluxulan xəstəliklərin də xəbərçisi ola bilər. Klimaks dövrü yaşayan qadınlarda yumurtalıq xərçəngi riski daha yüksəkdir.

QARIN ŞİŞMƏSİ

Qarnınızın alt qismində rahatsızlıqların olması yumurtalıqdakı problemlərdən qaynaqlana bilər. Şiş, qaz, həzmsizlik, mədə bulanması kimi narahatlıqlar yumurtalıq xərçənginin ən geniş yayılmış əlamətlərindəndir.

SİDİK SAXLAYA BİLMƏMƏK

Sidik saxlamaq problemi, sidik ifrazı zamanı qanaxmalar yumurtalıq xərçənginin xəbərçisidir. Yumurtalıqdakı şişlər nəticəsində bu simptomlar meydana gələ bilər.

İŞTAHSIZLIQ

Bir anda başlayan iştahsızlıq və az yemək yedikdən sonra toxluq hissinin yaraması xərçənglə yanaşı bir çox xəstəliklərin xəbərçisi ola bilər. Yumurtalıqdakı şiş böyüdükcə həzm sisteminin sürətini azaldır.

VAGİNAL DƏYİŞİKLİK

Vaginal qanamalar, yaralar, pis qoxulu axıntı kimi problemləriniz varsa və klimak dövrünü keçdinizsə, çox böyük problemlə qarşı-qarşıyasınız deməkdir.

BEL AĞRISI

Yumurtalıq xərçəngi olan qadınlarda bel ağrıları çox rastlanan narahatlıqdır. Şiş böyüdükcə ağrı artaraq belə qədər sirayət edər.

NƏFƏS ÇATIŞMAZLIĞI

Xərçəng yayıldıqca nəfəs çatışmamazlığı, sinə ağrıları və nəfəs almaqda çətinliklər müşahidə edilir.

BAĞIRSAQ PROBLEMİ

Qəbizlik, həzmsizlik, eyni zamanda mədə bağırsaq problemləri yumurtalıq xərçənginin əlamətlərindəndir.

DAİMİ HALSIZLIQ

Daimi olaraq özünüzü halsız hiss edirsinizsə, bu yumurtalıq xərçəngi ilə yanaşı. bir çox xəstəliklərin xəbərçisi ola bilər. Xərçəng qırmızı qanın azalmasına səbəb olduğuna görə halsızlığa səbəb olur. İstirahət etdikdən sonra belə özünüzü yaxşı hiss etmirsinizsə, həkiminizə müraciət etməniz məsləhətdir.

Nərmin Həsənli