Dünya 11:29 17.01.2020

Yunanıstan təhdid etdi: Türkiyə-Liviya razılaşması ləğv edilməsə...

AB liderlərinin sammitində Yunanıstan Liviya ilə əlaqədar dəniz zonalarının delimitasiyası ilə bağlı Türkiyə ilə razılaşma ləğv edilməyəcəyi təqdirdə siyasi qərara veto qoya bilər.

Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.

Siyasətçinin sözlərinə görə, o, AB-dəki həmkarlarına, Avropa Komissiyasının və Avropa Şurasının prezidentlərinə bu haqda məlumat verib.

Sözügedən razılaşma Türkiyə ilə beynəlxalq səviyyədə tanınan Liviya Milli Razılaşma Hökuməti arasında, Fayez Saracın rəhbərliyi ilə bağlanıb. Bu, hərbi əməkdaşlıq və dəniz zonalarının delimitasiyası ilə əlaqədardır. Yunanıstan hesab edir ki, Türkiyənin qurduğu dəniz zonalarının təyini onun suveren hüquqlarını pozur və razılaşmaların etibarsız sayılmasını istəyir.

Xatırladaq ki, bundan əvvəl Saracın əleyhdarı, Liviya Milli Ordusunun komandiri Xəlifə Haftarın Yunanıstana elan olunmamış səfəri barədə məlumat verilmişdi.

Alpər