Xəbər lenti

Maqazin 17:21 26.04.2024

Yusif Mustafayev: "Hələ də ümid edirəm ki, pulumu qaytaracaq, polisə şikayət etsəm…"

"Mən onları polisə vermək istəmirəm". 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev dostunun ondan 104 min manat borc alıb, geri qaytarmamasının səbəblərini açıqlayarkən deyib.

Sənətçi pulun nə vaxtsa geri qaytarılacağına ümid edir:

"Yaxın dostumdur, onu necə polisə şikayət edim? Şikayət etsəm, düz alınmaz. Əminəm ki, pulu olsa qaytarar. Zəmanə də pisdir, bəlkə də vermək istəyir, amma imkan yoxdur, düzəldə bilmir. Əgər rahat yaşamaq istəyirsənsə, pulunu başının altına qoy, vəssalam. Kişinin pulu başının altında olar".

Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayev illər öncə yaxın dostlarından bir neçəsinə 104 min manat borc pul verib. Amma onun etibarından istifadə edən dostları müğənninin pulunu qaytarmaq istəmir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->