Siyasət 19:41 23.05.2018

Zaxarova Qarabağ məsələsindən danışdı

Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv rol oynamağa davam edəcək.

Oxu.Az xəbər verir ki, bunu Rusiyanın XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 23-də keçirdiyi brifinqdə bildirib.

"Rusiya hər zaman Dağlıq Qarabağ probleminin nizamlanmasında aktiv rol oynayıb. Biz münaqişənin həllini sivil və effektiv yolla yaxınlaşdırmaq istəyirik. Rusiya bu münaqişənin nizamlanmasında hər zaman aktiv rol oynayıb, bundan sonra da aktiv rol oynayacaq”, -deyə Zaxarova vurğulayıb.