Xəbər lenti

Zərdüşt Əlizadə:
Dünya 15:53 13.05.2024

Zərdüşt Əlizadə: "Paşinyan  bu dəfə də müxalifəti məğlub edəcək"

"Ermənistanda cərəyan edən son proseslər göstərir ki, Nikol Paşinyan bu dəfə də qalib gələcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanda müxalifətin aktivləşən aksiyalarının yenidən zəifləməyə doğru istiqamət götürməsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Ermənistan müxalifətinin əli boşdur və potensialı yoxdur:

"Müxalifətin əli boşdur. Gücü, potensialı yoxdur. Cəmiyyətdə dəstəyi zəifdir, doğru, fərqli çıxış yolunu göstərə bilmirlər. Paşinyan isə erməni xalqına sülh, əmin-amanlıq, iqtisai inkişaf vəd edir. Ona görə də son proseslərdə Paşinyanın qələbəsi birmənalıdır. Müxalifətin keçmiş prezidentləri önə çıxarması iflasa uğradı. İndi də keşişlərdən yapışıblar, lakin heç nəyə nail ola bilmirlər. Bu da onların cəbhəxanasının tükəndiyinin göstəricisidir. Tərəfdarlarının sayı azalır". 
 
 

Həmsöhbətimizə görə, proses Paşinyanın ölkə daxilində mövqeyini daha da gücləndirəcək: 

"Rəqiblərin məğlubiyyəti əks tərəfin mövqeyini gücləndirir. Bu mənada indi Paşinyanın mövqeyi möhkəmdir. Müəyyən məsələlərdə Rusiya ilə də razılığa gəlib. Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Ermənistanda daxili qarşıdurma səngiyir. Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləməyə, qaydaya salmağa çalışacaq. Bir sözlə, görünən odur ki, Pşainyan hakimiyyəti qələbə qazanır və bu qələbə erməni xalqına xeyirdir".

Qeyd edək ki, Tavuş yepiskopu Baqrat Qalstyanın rəhbərliyi altında Ermənistanda Paşinyana qarşı çıxan qüvvələrin etiraz aksiyaları davam etsə də, artıq indidən demək olar proses səngiməyə doğru gedir. Bu da erməni cəmiyyətinin mütləq əksəriyyətinin revanşist müxalifətə etibar etməməsinin göstəricisidir. Belə vəziyyətdə isə, istər-istəməz baş nazir Paşinyanın mövqeləri daha da güclənir. Görünən odur ki, Paşinyan qalib bu qarşıdurmadan da qalib çıxacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->