Dünya 11:38 20.02.2018

"Zeytun budağı": öldürülən terrorçuların sayı 1715 nəfərə çatıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı 32-ci gündür ki, davam edir.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu müddət ərzində 1715 YPG/PKK və İŞİD üzvü öldürülüb. 20 yanvarda başlayan əməliyyat ərzində şəhid olan TSQ əsgərinin sayı 32, yaralı əsgərlərin sayı isə 143 nəfərdir. 

Dünən Suriya prezidenti Bəşər Əsədin Afrində terrorçulara dəstək qüvvələri göndərəcəyi barədə iddia irəli sürülüb.

Gülşən