Dünya 15:13 12.02.2018

"Zeytun budağı": neçə terrorçu məhv edilib?

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində apardığı anti-terror "Zeytun Budağı" əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 1369 nəfərə çatıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu nəticə, əməliyyatın 24-cü günündə əldə edilib. Dünən 2 kənd terrorçulardan təmizlənib və 19 hədəf məhv edilib. Gecə ərzində 103 PKK/KCK/PYD-YPG və İŞİD üzvü zərərsizləşdirilib və 15 hədəf vurulub.

Gülşən