İdman 15:39 08.02.2018

"Zirə" klubu makedoniyalı futbolçu ilə müqavilə bağladı

"Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, makedoniyalı Yani Urdinovla müqavilə bağlanılıb. Y.Urdinov 6 aylıq anlaşmaya qol çəkib. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın "Bohemians” klubundan icarəyə götürülüb.

Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ "Zirə”yə məxsusdur.