Maqazin 11:06 19.07.2019

Zuhal Olcay barədə həbs qərarı verildi

Türkiyəli məşhur müğənni, aktrisa Zuhal Olcay barədə həbs qərarı təsdiq edilib.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, sənətçi prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmə ittihamı ilə 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, 5 avqust 2016-cı ildə vətəndaşlardan biri polisə zəng edərək müğənninin konsert proqramı ilə çıxış etdiyi yerdə ölkə rəhbərini əl hərəkəti ilə təhqir etdiyini bəyan etmişdi. Bu məlumatdan sonra Z.Olcay barədə Anadolu Respublika Baş Prokurorluğunda istintaq prosesi başlamış, 1 ildən 4 il 8 aya qədər həbs cəzası tələb edilmişdi. Əvvəlcə müğənniyə 10 ay azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilsə də, bu müddət daha sonra 11 ay 20 günə qədər artırıldı.

Gülşən