Sənət 19:19 23.10.2014

Zövqlü xanımlar bu xəbərə sevinəcək - FOTOLAR

Bakının məşhur Modlar Evi yenidən fəaliyyətə başladı

Bir vaxtlar Azərbaycan moda aləmində öz dəst-xətti ilə seçilən və yüksək reputasiyası olan Merlin Modalar Evi bir neçə il əvvəl qəfildən fəaliyyətini dayandırdı. Bunun səbəbləri o zaman geniş ictimaiyyətə qaranlıq qalsa da, sevindirici haldır ki, Merlin Modalar Evi fəaliyyətini yenidən bərpa edib.

Bu barədə Qaynar.info-ya danışan Merlin Modalar Evinin rəhbəri Səkinə Məmmədova bir çox məsələlərə də aydınlıq gətirdi:

"Mən ailəmlə birlikdə Almaniayada yaşayırdım. 1997-ci ldə Almaniayada modelyer-dizayner təhsilimi başa vurandan sonra Bakı şəhərinə qayıtdım. 2003-cü ildə Bakıda Merlin Modalar Evini açdım. Qısa zamanda böyük uğur qazandıq, sevildik, müştərilərin etimadını qazandıq. İşgüzar xanım və xoşbəxt qadın idim. Dostlarımın, yaxınlarımın dəstəyi məni daha da hvəsləndirirdi. Amma bu sevincim çox çəkmədi. Həyatımda elə hadisələr yaşandı, elə zərbələr aldım ki, böyük depressiyaya düşdüm. Sanki hər kəsdən küsdüm, hər şeydən soyudum. 2011-ci ildə ikinci evim olan Merlin Modalar Evindən ayrıldım".

Bir neçə il çox sevdiyi sənətindən ayrı qalan Səkinə xanım bir gün yenidən qayıtmaq üçün özündə güc tapa bilir.

"Bir gün özümə dedim, Səkinə, axı sən möhkəm və güclü qadınsan! Özümə təkidlə dediyim bu sözlər mənə güc-qüvvət, qol-qanad verdi. Və qərara gəldim ki, yenidən Merlin Modalar Evini açım. Budur, artıq fəaliyyətimizi bərpa etmişik. Hesab edirəm ki, Azərbaycan xanımları yenə bizim işi yüksək dəyərləndirəcək və yüksək zövqlə hazırlanmış dəbli geyimlərimizi, zərif gəlinliklərimzi bəyənəcəklər. Getdikcə özəl hazırlanmış modellərin çeşidini də artıracağıq. Mən öz gücümə inanıram. Bu gücü, bu istedadı verən Allahdır, inanıram ki, məni darda qoymaz".

Qeyd edək ki, Merlin Modalar Evi Yasamal rayonu, M.Naxçıvani küçəsi 15,  (6-cı paralel) ünvanında yerləşir. Əlaqə nömrəsi 050 642 10 02.

Qaynar.info