Kleopatranın hər gün eşşək südü ilə dolu vannada saatlarla uzandığını yəqin ki eşitmisiniz. Səbəbi sadə idi, o gözəlliyini qorumaq, dərisini qırışlardan uzaq saxlamaq üçün belə edirdi.
Elm adamlarının uzun müddət sürən araşdırmaları bir çox xəstəliklərin müalicəsində eşşək südünün əvəzsiz olduğunu təsdiq ediblər.
Avropada eşşək südünün 1 litri 100 dollar civarındadır
Xərçəng xəstəliyinin növləri arasında ən təhlükəlisi hesab edilən yoğun bağırsaq və qırtlaq xərçənginin ən etibarlı dərmanı eşşək südüdür, bunu aparılan araşdırmalar sübut edib. Dünyanın bir çox ölkəsində hələ indi müalicəvi əhəmiyyəti kəşf edilən eşşək südünün faydaları çox qədimdən Azərbaycan xalqı arasında da bilinirdi.
Südün faydası onun miqdarının az olması ilə də ölçülür. Belə ki, bir inək sutkada orta hesabla 20-30 litr süd verirsə, eşşək sadəcə 2 litr verə bilir. Eşşəkdən gündə 4 dəfə, aralarında 2 saatdan az müddət olmamaqla süd sağıla bilər. İndi bir çox dünya ölkələrində eşşək fermaları belə qurulub. Eşşəklərin baxımı və qidalanması olduqca rahatdır, uzunqulaqlar çox az miqdarda yemək yeyirlər, saxlanması ucuz başa gəlir, əvəzində isə baha qiymətə satılan südlərindən yaxşı gəlir əldə edilir. Belə ki, Avropada eşşək südünün 1 litri 100 dollar civarındadır.
Ana südünə ən yaxın olanı eşşək südü imiş
Qeyd etdiyimiz kimi, indiyədək ana südünə ən yaxın süd hesab edilən keçi südünü arxada qoyan eşşək südü öz tərkibi ilə ana südünə çox yaxın imiş. Eşşək südü allergik, həzm, ürək və damar sistemi xəstəliklərinə olduqca faydalıdır. Bundan əlavə, eşşək südünün astma və bronxit xəstəliyinin müalicəsində çox faydalı olduğu, üstəlik yoğun bağırsaq xərçənginin müalicə müddətində müalicəni sürətləndirdiyi məlum olub. Uzunqulaqların can dərmanı hesab edilən südünün sədəf və serroz kimi xəstəliklərin müalicə müddətində də müsbət təsirə malik olduğu bildirilir.
Eşşək südü tərkibindəki minerallar sayəsində bədənə müqavimət verir, immunitet sistemini gücləndirir. Bu müqavimət xərçəng xəstəliyi ilə mübarizədə ən vacib silahdır. Hazırda eşşək südünün faydalarından yararlanan bir çox ölkə var. Onların arasında Rusiya, Amerika, Brazilya, Fransa, İtaliya, İngiltərə, Çin və s. göstərmək olar.
Artıq çəkidən şikayətlənən insanlara da bu südün faydası var
Həkimlərin sözlərinə görə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar eşşək südü ilə dərilərini sildikdə problemlərinə çarə tapa bilərlər: "Qaraciyər serrozuna dərman olan eşşək südü ən yaxşı bəlğəmsökücü kimi də tanınıb. Qızdırması olan insanın istiliyini salma gücünə malik olan bu süd tərkibində olan yüksək keyfiyyətli "Omeqa 3” sayəsində ürəyi qoruyur. Onda olan yüksək miqdarda kalsium sayəsində sümük inkişafı artır və sümük əriməsi aradan qalxır. Artıq çəkidən şikayətlənən insanlara da bu südün faydası var. Belə ki, eşşək südü yağ əriməsini sürətləndirir və bədəni formada saxlayır. Həmçinin, keçmişdə qızılca çıxaran uşağa da eşşək südü içirilirdi. Həm antibakterial tərkibinə, həm də qızdırma salma xüsusiyyətinə görə yaxşı dərman hesab edilib”.
Antibakterial tərkibi və immunitet sistemini gücləndirməsi səbəbi ilə marağa səbəb olan eşşək südü İtaliyada da tibbi məqsədlər üçün istifadə edilir. Onun faydalarından tam yararlanmaq üçün həkimlər südü qaynatmadan çiy olaraq istehlak etməyi lazım bilir.
Bu südün insan orqanizminə başqa faydaları da var:
- mineral çatmazlığını aradan qaldırır
- immun sistemini gücləndirir
- xərçəng riskini azaldır
- astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür
- antibakterial təsirə malikdir
- bronxiti sağaldır
- qaraciyər fəaliyyətini yaxşılaşdırır
- sümükləri möhkəmləndirir
- artıq yağları əridir
- bəlğəmi tamamilə aradan qaldırır
- köpüyünü üzə sürtdükdə sızanaqları yox edir
Mənbə: BakuPost.az
Şərhlər