Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) 441 372,79 manat dəyərində informasiya texnologiya məhsulları alacaq.
Qaynarinfo-nun məlumatına görə ADİU bununla bağlı elan etdiyi tenderə yekun vurub.
Tenderin qalibi "Ultra Technologies” şirkəti seçilib.
2016-cı ilədək "Ultra Computers” adı altında fəaliyyət göstərən bu şirkət 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
Məhəmməd Zülfüqarlı "MSM” MMC-nin də qanuni təmsilçisidir.
Seyid
Şərhlər