“PASHA Bank Georgia”nın Müşahidə Şurasında yeni təyinatlar olub.
Qaynarinfo Valyuta.az-a istinadla xəbər verir ki, Şahin Məmmədov bankın Müşahidə Şurasının sədri təyin edilib.
Ş.Məmmədov 2018-ci ildən “PASHA Bank Georgia”nın Müşahidə Şurasının üzvüdür. O, 2026-cı ilin fevralından “PASHA Financial Holding”də baş icraçı direktorun müavini və aparat rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl, 2018-ci ilin fevralından “PASHA Holding”də baş icraçı direktorun müavini və Biznesə Dəstək Direktoru vəzifəsində fəaliyyət göstərib.
Digər təyinata əsasən, Pərvin Əhədzadə “PASHA Bank Georgia”nın Müşahidə Şurasının üzvü olub. Onun bank və maliyyə sektorunda 20 ildən çox iş təcrübəsi var.
P.Əhədzadə 2023-cü ilin iyulundan “PASHA Bank” ASC-də Baş Risk İnzibatçısı və İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. O, 2016-2023-cü illərdə isə bankın Audit Komitəsinin sədri olub.
Bundan əvvəl Pərvin Əhədzadə “PASHA Holding”də çalışıb. O, 2015-2020-ci illərdə baş icraçı direktorun müşaviri, 2020-2023-cü illərdə isə Qrup Auditi rəhbəri vəzifəsində fəaliyyət göstərib.
P.Əhədzadə 2017-2018-ci illərdə Oksford Universitetinin Said Biznes Məktəbində MBA təhsili alıb. O, həmçinin 2002-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb.
Şərhlər