XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)
Ölkə19:48 05.10.2026

Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Qaynarinfo-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 48 yaşlı Fətullayev Zaur Fərasət oğlunun onikimərtəbəli yaşayış binasının zirzəmisində yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən Z. Fətullayev zirzəmidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.