Azərbaycanda 90 yaşdan yuxarı olan uzunömürlülərin sayı açıqlanıb. Uzunömürlülərin 5 846 nəfəri paytaxtın, 18 410 nəfəri isə digər şəhər və rayonların payına düşür.
Modern.az saytı xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkə əhalisinin yaş qrupları üzrə bölgüsündə 90 və daha yuxarı yaşda olanların sayı 24 256 nəfər təşkil edir.
Bu, ölkə əhalisinin təxminən 0,24 faizi deməkdir.
90 yaşdan yuxarıların ən çox yaşadığı yer
Maraqlıdır ki, 90+ yaşlıların sayına görə ilk sırada Bakı şəhəri dayanır. Paytaxtda 5 846 nəfərin yaşı 90 və daha çoxdur. Bu, ölkədəki bütün 90+ yaşlıların təxminən 24 faizinin Bakıda yaşadığını göstərir.
İqtisadi rayonlar arasında ən yüksək göstərici Qazax-Tovuz iqtisadi rayonundadır – 2 188 nəfər.
Uzunömürlülərin ən az olduğu iqtisadi rayon isə Şərqi Zəngəzurdur.
90+ yaşlıların sayına görə iqtisadi rayonların sıralaması belədir:
Qazax-Tovuz iqtisadi rayonu - 2 188 nəfər
Naxçıvan iqtisadi rayonu – 1 861 nəfər
Lənkəran-Astara iqtisadi rayonu – 1 776 nəfər
Qarabağ iqtisadi rayonu – 1 693 nəfər
Şəki-Zaqatala iqtisadi rayonu – 1 542 nəfər
Mərkəzi Aran iqtisadi rayonu – 1 517 nəfər
Abşeron-Xızı iqtisadi rayonu – 1 449 nəfər
Quba-Xaçmaz iqtisadi rayonu – 1 283 nəfər
Gəncə-Daşkəsən iqtisadi rayonu – 1 225 nəfər
Mil-Muğan iqtisadi rayonu – 1 126 nəfər
Şirvan-Salyan iqtisadi rayonu – 1 111 nəfər
Dağlıq Şirvan iqtisadi rayonu – 881 nəfər
Şərqi Zəngəzur iqtisadi rayonu – 758 nəfər
Rayonlar arasında lider Abşerondur
İnzibati ərazi vahidləri üzrə baxdıqda da maraqlı mənzərə ortaya çıxır.
Bakı nəzərə alınmadan ayrı-ayrı rayonlar arasında 90 yaşdan yuxarı insanların sayına görə Abşeron rayonu 769 nəfərlə ilk sıradadır.
Daha sonra aşağıdakı rayonlar gəlir:
Şəmkir – 656 nəfər
Sumqayıt – 609 nəfər
Sədərək – 596 nəfər
Cəlilabad – 513 nəfər
Nizami – 513 nəfər
Xəzər – 495 nəfər
Gədəbəy – 484 nəfər
Şəki – 478 nəfər
Tovuz – 459 nəfər
Bərdə – 454 nəfər
Gəncə – 442 nəfər
Masallı – 393 nəfər
Ən təəcüblüsü isə odur ki, vaxtilə “Uzunömürlülər diyarı” kimi tanınan və “Uzunömürlülər muzeyi”nin yaradıldığı Lerik rayonu bu gün 90 yaşdan yuxarı insanların sayı ilə fəxr edə bilmir. Rəsmi statistikadakı göstəriciyə görə, 2026-cı ilin əvvəlində Lerikdə cəmi 158 nəfər uzunömürlü qeydə alınıb.
Ən aşağı göstəricilər haradadır?
90 yaşdan yuxarı insanların sayının ən aşağı olduğu inzibati ərazi vahidləri arasında əsasən əhalisi az olan şəhər və rayonlar yer alır.
Naftalan – 29 nəfər
Xankəndi – 30 nəfər
Ağdərə – 33 nəfər
Xocalı – 44 nəfər
Xocavənd – 45 nəfər
Pirallahı – 69 nəfər
Xızı – 71 nəfər
Zəngilan – 78 nəfər
Oğuz – 96 nəfər
Qaradağ – 97 nəfər
Paytaxt rayonları arasında 90 və daha yuxarı yaşda olanların sayına görə Nəsimi rayonu böyük fərqlə öndədir – 1 331 nəfər.
Bakı rayonlarında göstəricilər belədir:
Nəsimi – 1 331 nəfər
Yasamal – 725 nəfər
Suraxanı – 552 nəfər
Xətai – 540 nəfər
Nizami – 513 nəfər
Xəzər – 495 nəfər
Nərimanov – 419 nəfər
Sabunçu – 379 nəfər
Səbail – 372 nəfər
Binəqədi – 354 nəfər
Qaradağ – 97 nəfər
Pirallahı – 69 nəfər
Qeyd edək ki, Azərbaycanda əhalinin yaş təsnifatı aşağıdakı kimi müəyyən olunub:
0-13 yaş - uşaqlar;
14-17 yaş - yeniyetmələr;
18-29 yaş - gənclər;
30-44 yaş – orta yaşlılar;
45-59 yaş – yetkin yaşlılar;
60-74 yaş – yaşlılar;
75 -89 yaş – qocalar;
90+ yaş - uzunömürlülər.
Şərhlər