XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Məşhur türk aktrisası vəfat etdi
Sənət14:55 05.10.2026

Məşhur türk aktrisası vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, “Altın Çocuk” ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, Arsoy Yeşilçamın ən məşhur simalarından biri olub. O, “Kara Günlerim”, “Samanyolu”, “Taş Bebek”, “Bulunmaz Uşak” və “Şafak Bekçileri” kimi filmlərdəki rolları ilə böyük şöhrət qazanıb.

1936-cı ildə Kayseridə anadan olan aktyor İstanbul Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb. Kino karyerasına 1957-ci ildə Sırrı Gültekinin “Kara Günlerim” filmi ilə başlayıb. Belgin Dorukla tərəf-müqabil olduğu “Samanyolu” filmi isə onun tanınmasında mühüm rol oynayıb.

“Altın Çocuk” ləqəbini rejissor Halit Refiğdən alan Arsoy 1960-cı illərdə karyerasının ən uğurlu dövrünü yaşayıb. Daha sonra öz prodüser şirkətini yaradaraq film istehsalı ilə də məşğul olub.

Sənətçinin xidmətləri dəfələrlə yüksək qiymətləndirilib. O, 1999-cu ildə Antalya “Altın Portakal” Film Festivalında “Yaşam Boyu Onur Ödülü”, 2024-cü ildə isə Türkiyə Prezidentinin Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülüb.

Arsoy 2017-ci ildə həyat və yaradıcılıq yolundan bəhs edən “Altın Çocuk” adlı avtobioqrafik kitabını nəşr etdirib.

1961-ci ildə Soley Arsoy ilə ailə həyatı quran aktyorun Aşkım və aktyor Gökhan adlı iki övladı var.

Aydın