XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Yorğun" klipində gənc Flora rolunu kim canlandırır?
Sənət22:21 30.09.2026

"Yorğun" klipində gənc Flora rolunu kim canlandırır?

Qara Dərviş ilə Flora Kərimovanın "Yorğun" duetinin klip çəkilişləri davam edir. Lakin komanda bir məqamı ictimaiyyətdən hələ də gizli saxlayır: klipdə Flora Kərimovanın gəncliyini kim canlandırıb?

Məlumata görə, bu seçim təsadüfi olmayıb. Komanda üzvlərinin bildirdiyinə görə, rol üçün peşəkar aktrisa axtarışı aparılmayıb, bunun əvəzində onlar başqa sahədən, lakin sənətlə dərin bağlılığı olan bir simaya üz tutub.

"Biz sənəti və yaddaşı hiss edə bilən birini axtardıq," — DC Sounds (Darvisch Creative Sounds) komandası bu qərarı belə izah edir.

Klipin rejissoru Çinar Ruslanoğlu özü də seçimin təsadüfi olmadığını vurğulayır: "Həyatda heç nə təsadüfi olmur. Və təsadüfi də deyil ki, həmin şəxslə ilk tanış olanda onu Flora Kərimovanın gəncliyinə bənzətmişdim"

Komanda üzvləri mövzuya dair sualımıza qısaca cavab verib: "Vaxtı gələndə hər şey aydın olacaq."

Bu sükut artıq öz nəticəsini verib. Sosial şəbəkələrdə "gənc Flora kimdir?" sualı müzakirə olunmağa başlayıb. "Yorğun" klipinin təqdim olunmasına az qalıb, amma görünür ki, maraqlı suallardan biri hələ cavabsız qalacaq.