XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Milyarderlər Britaniyanı tərk edir - 160 milyard dollarlıq aktiv çıxarıldı
Dünya14:24 05.10.2026

Milyarderlər Britaniyanı tərk edir - 160 milyard dollarlıq aktiv çıxarıldı

Britaniyanın ən varlı vətəndaşları ölkəni tərk edərək ümumilikdə təxminən 160 milyard dollar dəyərində aktivlərini xaricə aparıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Nəşrin məlumatına görə, varlı britaniyalıların ölkədən getməsinə vergilərin artırılması, imkanlı şəxslər üçün güzəştlərin ləğvi və gələcəkdə yeni vergi tədbirlərinin tətbiq edilə biləcəyi ilə bağlı narahatlıqlar səbəb olub.

Britaniyanın “Phones 4u” mobil telefon şəbəkəsinin təsisçisi, milyarder Con Kodvell ölkədə baş verənləri “fəlakət” adlandırıb:

“Əvəzində milyonerləri, milyarderləri və xarici investisiyaları cəlb edərək müsbət inkişaf dövründə olmaq əvəzinə, əks istiqamətdə hərəkət edirik”.

Ölkəni tərk edən varlı britaniyalıların bir çoxu Monako, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və İtaliyaya köçüb.

Bloomberg qeyd edir ki, varlıların ölkədən getməsi artıq Londonun lüks daşınmaz əmlak bazarına və iqtisadiyyatın digər sahələrinə təsir göstərməyə başlayıb.

Bundan əvvəl “Betfred” şirkətinin təsisçisi, Britaniyanın ən böyük vergi ödəyicisi kimi tanınan milyarder Fred Dann “Financial Times”a müsahibəsində bu ölkədə yenidən doğulmaq istəməyəcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl Britaniya mediası varlı britaniyalıların Dubaydan hara köçdüyünü də araşdırıb.

Günay