Xəbər lenti

Prezident gürcüstanlı həmkarına başsağlığı verdi
Siyasət09:00 21.11.2026

Prezident gürcüstanlı həmkarına başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:

"Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".