Xəbər lenti

Gəncədə iki maşın toqquşdu, yaralılar var
Ölkə21:49 20.11.2026

Gəncədə iki maşın toqquşdu, yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” ilə “Niva” markalı minik maşınları toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.