Xəbər lenti

Nadir Qafarzadə Bakını tərk edir: "Bu çirkin cəmiyyətə tüpürüb getməyin vaxtıdır"
Maqazin17:47 20.11.2026

Nadir Qafarzadə Bakını tərk edir: "Bu çirkin cəmiyyətə tüpürüb getməyin vaxtıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Darıxıram, uzun müddət Moskvada yaşamaq istəyirəm. Həyat yoldaşımla artıq orada qalmağa qərar vermişik".

Bunu müğənni Nadir Qafarzadə Qaynarinfo-ya açıqlamasında deyib.

O bildirib ki, övladları öz ailələri ilə Azərbaycanda qalacaq, özü isə həyat yoldaşı ilə birlikdə bir müddət Moskvada yaşayacaq:

“Uşaqlar öz ailələri ilə burada qalacaqlar. Belə qərara gəldik ki, həm mühitimizi, həm də çevrəmizi dəyişək. Burada çox yüklənirik, cəmiyyət bizi yorur. Ümumiyyətlə, artıq Bakı bizi yorub. Hüzur axtarırıq. Bəlkə, orada hüzur tapa bildik. Qismət olsa, ölməsək, sağ qalsaq, ölkəmizə də gələrik. Bakı da, Azərbaycan da qaçmır. Cəmi iki saat yarımlıq yoldur”.

Nadir Qafarzadə bildirib ki, zamanla təkcə cəmiyyət deyil, insanlar da dəyişib.

Onun sözlərinə görə, hazırda insanları harada daha rahat və xoşbəxt olacaqları məsələsi düşündürür:

“Elə bir zəmanəyə gəlib çatmışıq ki, insan harada özünü rahat hiss edirsə, harada xoşbəxt ola bilirsə, orada yaşamağa qərar verir. Azərbaycanda da xoşbəxt günlərimiz olub. Əvvəllər hər şey yaxşı idi. İndi isə zaman dəyişir, tamamilə fərqli bir cəmiyyət formalaşır. Yeni cəmiyyətdə tamam başqa ab-hava var. Sağ olsun Azərbaycan! Azərbaycan vətəndir, torpaqdır, anadır. Amma bütün bunlara baxmayaraq, yorulmuşam, bir az dincəlmək istəyirəm. Ona görə də hesab edirəm ki, bu çirkin cəmiyyətə tüpürüb getməyin vaxtıdır”.

Bahar Rüstəmli