Xəbər lenti

Avropa Parlamentində deputatların ezamiyyət xərclərinin azaldılması müzakirə olunur
Dünya14:36 20.11.2026

Avropa Parlamentində deputatların ezamiyyət xərclərinin azaldılması müzakirə olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Parlamentində deputatların xarici səfərlərinə ayrılan vəsaitlərin azaldılması məsələsi gündəmə gəlib. Yaxın altı ay ərzində parlament üzvlərinin aviabiletlərinə 12 milyon avrodan çox vəsait xərclənməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, məsələ parlament fraksiyalarının rəhbərlərinin görüşündə müzakirə olunub. Yeni xərc planına əsasən, deputatların Avstraliyaya dörd səfəri üçün təxminən 1 milyon avro nəzərdə tutulub. Braziliyaya uçuşlara 600 min, Kanadaya 580 min, ABŞ-a 547 min, Sinqapura isə 480 min avrodan artıq vəsait ayrılması planlaşdırılır.

Nəşrin diqqət çəkdiyi məqamlardan biri də xərclərin əhəmiyyətli hissəsinin tərcüməçilərin aviabiletlərinə yönəldilməsidir. Belə ki, bu məqsədlə ayrılan vəsait ümumi məbləğin təxminən yarısına çatır. Bəzi səfərlərdə deputatları müşayiət edən tərcüməçilərin sayı parlament üzvlərinin sayından iki dəfə çox ola bilər.

“Politico”nun həmsöhbətinin sözlərinə görə, Avropa Parlamentində ezamiyyət xərclərinə dair məhdudiyyətlər mövcud olsa da, deputatlar bu qaydalara mütəmadi əməl etmirlər. Parlament rəhbərliyi isə daha sərt tədbirlərin narazılıq yaradacağından ehtiyatlanır.

Xatırladaq ki, oktyabrın sonunda Brüsseldə keçirilən Avropa İttifaqı sammitində də ciddi fikir ayrılıqları yaşanıb. İştirakçılar 2 trilyon avroluq büdcə və enerji siyasəti ilə bağlı razılığa gələ bilməyiblər.

Aydın