Xəbər lenti

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Dünya19:54 19.11.2026

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral III Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür.

Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərinin kralı ona qarşı köklədiyinə inanmağa başlayıb. O, qardaşının kral ailəsi ilə barışmaq səylərinə mane olduğunu və onu ailənin mühüm tədbirlərindən kənarda saxladığını düşünür.

42 yaşlı Harrinin atasının 78-ci doğum günü münasibətilə keçirilən mərasimə, eləcə də Anım Günü tədbirlərinə dəvət edilməməsindən ciddi məyus olduğu bildirilir. Bundan başqa, Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin Sandrinqemdəki ənənəvi Milad mərasiminə də çağırılmayacağı iddia olunur.

Nəşrin yazdığına görə, Harri ailə münasibətlərini bərpa etmək ümidi ilə Böyük Britaniyaya qayıtsa da, gözlədiyi münasibətlə qarşılaşmayıb. İyul ayında Kral III Çarlzın Susseks ailəsini Highgrove iqamətgahında özəl şəkildə qəbul etdiyi barədə məlumatlar Harridə barışıq üçün irəliləyiş əldə olunduğu qənaətini yaratmışdı. Lakin sonrakı hadisələr onun nikbinliyini azaldıb.

Qeyd edək ki, Harri və Meqan 2020-ci ildə kral ailəsindəki yüksək vəzifələrindən imtina edərək Böyük Britaniyanı tərk ediblər. Bundan sonra verdikləri müsahibələr və monarxiyaya yönəltdikləri tənqidlər ailədaxili münasibətləri daha da gərginləşdirib.

Xüsusilə Harrinin 2023-cü ildə nəşr olunan “Spare” adlı xatirə kitabı qalmaqala səbəb olub. Şahzadə kitabında qardaşı Uilyamın mübahisə zamanı ona fiziki hücum etdiyini də iddia etmişdi.

Aydın