Xəbər lenti

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirildi
İdman18:18 19.11.2026

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, sözügedən arenada I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu baş tutub.

VIII turun qarşılaşmasında Yevlax təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

3000-ə yaxın azarkeşin arenadan izlədiyi qarşılaşmada qolları 67-ci dəqiqədə İbrahim Əliyev və 77-ci dəqiqədə Obicon Onyeka vurublar.

Bu nəticədən sonra "Karvan-Yevlax" 16 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri 6 xalla səkkizincidir.

Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.