Xəbər lenti

"Ceyms Bond" olmadan milyonçu oldu - Seçimə görə 1 milyon dollar aldı
Maqazin18:48 20.11.2026

"Ceyms Bond" olmadan milyonçu oldu - Seçimə görə 1 milyon dollar aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur aktyor Robert Pattinsonun Ceyms Bond obrazını canlandırmaq üçün böyük məbləğdə qonorar alacağı iddia olunur. Məlumata görə, aktyor hələ filmə çəkilmədən, seçim mərhələsində iştirakına görə belə milyon dollar qazanıb.

Qaynarinfo xəbər verir ki, Britaniyanın “The Mirror” nəşrinin məlumatına əsasən, 40 yaşlı Pattinsona Ceyms Bond roluna namizədlərin seçimi prosesində iştirakına görə 1 milyon dollar (760 min funt sterlinq) ödənilib.

İddialara görə, aktyorun qazancı bununla məhdudlaşmayacaq. O, əfsanəvi agent obrazını canlandıracağı filmə görə 58-75 milyon funt sterlinq arasında qonorar ala bilər.

Qeyd edək ki, Robert Pattinsonun indiyədək topladığı sərvətin təxminən 80 milyon dollar olduğu bildirilir. Bununla belə, aktyorun müqaviləsinin detalları açıqlanmadığından, səsləndirilən rəqəmlər hələlik rəsmi təsdiqini tapmayıb.

Yazıçı Yan Fleminqin yaratdığı Ceyms Bond obrazı uzun illərdir dünya kinosunun ən məşhur qəhrəmanlarından biri hesab olunur. Bu obrazı müxtəlif filmlərdə Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Pirs Brosnan və Deniel Kreyq canlandırıblar. Sonuncu dəfə agent 007 obrazı Deniel Kreyqin ifasında tamaşaçılara təqdim edilib.

Pattinson isə xüsusilə “Alatoranlıq” (Twilight) film seriyası ilə dünya şöhrəti qazanıb. Aktyor 2018-ci ildən britaniyalı model və müğənni Suki Waterhouse ilə münasibətdədir. Cütlüyün bir övladı var.

Aydın