Xəbər lenti

Könül Xasıyevanın pub çıxışı gündəm oldu - Bacısından jurnalisti ittiham etdi (VİDEO)
Maqazin17:24 18.11.2026

Könül Xasıyevanın pub çıxışı gündəm oldu - Bacısından jurnalisti ittiham etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Könül Xasıyevanın Bakıda fəaliyyət göstərən publardan birində çıxış etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi xanəndəni pubda oxuduğuna görə tənqid edib, digərləri isə Könül Xasıyevanı belə bir məkanda çıxış etməyə vadar edən səbəblərin ola biləcəyini bildiriblər.

Qaynarinfo məsələ ilə bağlı Xalq artisti Könül Xasıyevanın da mövqeyini öyrənməyə çalışıb.

Özünü xalq artistinin bacısı kimi təqdim edən şəxs Qaynarinfo-ya açıqlamasında Könül Xasıyevanın hansı məkanda çıxış etməsinin heç kəsi maraqlandırmamalı olduğunu deyib:

"Sizə nə? Özü bilər harada oxuyar. Sizdən icazə almalıdır? Bu günə kimi Könül xanımın səhhəti ilə heç kim maraqlanmayıb. Bir jurnalist də onun vəziyyətini soruşmayıb. Könül xanım xəstələnəndən telefonu məndə olub. Harada oxuyacağını sizdən soruşacaq? Hər kəs öz işi ilə məşğul olsun”.

Bahar Rüstəmli