Xəbər lenti

Brilliant Dadaşova: "Bütün masanı yeyə bilərəm"
Maqazin10:43 16.11.2026

Brilliant Dadaşova: "Bütün masanı yeyə bilərəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Brilliant Dadaşova çıxışlarının birində yeməyə olan sevgisindən danışıb.

Qaynarinfo xəbər verir ki, sənətçi iştahına nəzarət etməkdə çətinlik çəkdiyini etiraf edib:

“Bacılarıma tapşırmışam ki, evdə olanda məni mətbəxə, süfrə arxasına çağırmasınlar. Bütün masanı yeyə bilərəm. Nəfsimə hakim ola bilirəm, amma bu, çox çətindir”.

Brilliant Dadaşova mətbəxdə vaxt keçirməyi də sevdiyini bildirib. O, bişirdiyi yeməklərin ailə üzvləri tərəfindən bəyənildiyini söyləyib:

“Mənim bişirdiyim kartofdan oğlumun xoşu gəlir”.

Bahar Rüstəmli