
2027-ci ili qarşılamaq üçün zərif və eleqant geyimlərə üstünlük vermək tövsiyə olunur. Xüsusilə qırmızı rəngin müxtəlif çalarlarında olan donlar, qızılı aksesuarlar və təbii makiyaj Yeni il obrazının əsas elementləri ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə rusiyalı moda eksperti və stilist Vladislav Lisovets gazeta.ru-ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, qarşıdan gələn Yeni il gecəsi üçün bədən quruluşunu vurğulayan, dekolteli və axıcı parçadan hazırlanan geyimlər daha uyğun seçimdir.
Stilist qırmızı rənglə yanaşı, bordo, çəhrayı və şaftalı tonlarına da diqqət yetirməyi məsləhət görüb. Daha sakit rənglərə üstünlük verənlər isə bej və qızılı çalarlarda geyim seçə bilərlər.
Lisovets obrazı qızılı zinət əşyaları ilə tamamlamağı da tövsiyə edib. Onun fikrincə, saç düzümü və makiyaj həddindən artıq mürəkkəb olmamalı, təbii və yüngül görünməlidir.
Stilist qeyd edib ki, qəhvəyi rəng də Yeni il gecəsi üçün uyğun seçim ola bilər. O, ümumi obrazda zərifliyin qorunmasını, geyim və aksesuarlardan həddindən artıq istifadədən çəkinməyi məsləhət görüb.
Aydın