
Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.
Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir.
Həlak olan Rəsul Məmmədov Qazax rayonunun Ürkməzli kəndindəndir. O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş.
Onların hansı şəraitdə minaya düşdükləri hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.