
Böyük Britaniya kralı III Çarlz yaşlanmağın yaratdığı çətinliklər barədə zarafat edib. 78 yaşını qeyd edən monarx bildirib ki, yaş artdıqca bədənin bəzi hissələri əvvəlki kimi fəaliyyət göstərmir.
Qaynarinfo xəbər verir ki, kral bu fikirləri britaniyalı müğənni Elton Conun “Rocket Hour” podkastında səsləndirib.
Söhbət zamanı III Çarlz 1986-cı ildə Elton Conun verdiyi konserti xatırladıb. O, müğənninin həmin çıxışda ifa etdiyi “I'm Still Standing” mahnısının unudulmaz olduğunu deyib.
Kral 79 yaşlı Elton Conla birlikdə hələ də ayaqda olduqlarını vurğulayaraq mahnının adına işarə edib. Bununla belə, yaşlanmağın müəyyən çətinliklər yaratdığını da gizlətməyib.
“Baxmayaraq ki, arabir bəzi şeylər buradan-oradan qopub düşür. Bilirəm, bu, yaş artdıqca ortaya çıxan dəhşətli problemdir”, – deyə III Çarlz zarafat edib.
Qeyd edək ki, Böyük Britaniyada kralın doğum günü iki dəfə qeyd olunur. Monarxın faktiki doğum tarixi noyabrın 14-dür. Rəsmi doğum günü mərasimi olan “Trooping the Colour” isə hər il iyunun ikinci şənbə günü keçirilir.
Aydın