Xəbər lenti

Üçtərəfli görüş 19 noyabrda keçiriləcək
Dünya20:58 14.11.2026

Üçtərəfli görüş 19 noyabrda keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya, Çin və ABŞ liderləri - Vladimir Putin, Si Cinpin və Donald Trampın iştirakı ilə üçtərəfli sammit noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək. Bununla bağlı razılıq əldə olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə məlumat verib.

"Noyabrın 19-da Prezident Putin, Sədr Si və Prezident Tramp arasında üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüş Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq", - deyə Kremlin sözçüsü bildirib.