
ABŞ Konqresi tərəfindən Ukraynaya dəstək məqsədilə ayrılan vəsaitin təxminən 65 milyard dolları hələ də istifadəyə verilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Konqresə təqdim etdiyi birgə audit hesabatında bildirilib.
Sənəddə qeyd olunur ki, sentyabrın 30-na olan məlumata əsasən, Ukraynaya yardım və “Atlantic Resolve” əməliyyatı çərçivəsində ayrılmış 64,96 milyard dollar gələcəkdə bölüşdürülmək üçün əlçatan vəziyyətdə qalıb.
Hesabatda vurğulanır ki, Pentaqonun silah ehtiyatlarının bərpası və Ukrayna dövlətinin maliyyələşdirilməsi proqramları üçün nəzərdə tutulan vəsaitlərin demək olar ki, hamısı artıq bölüşdürülüb. Bununla belə, həmin məbləğin təxminən yarısı faktiki olaraq ödənilməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyasının Konqresin qadağasına baxmayaraq, 52 milyon dollar həcmində hərbi yardım vəsaitini Avropa və Yaxın Şərq ölkələri əvəzinə Latın Amerikası dövlətlərinə yönəltdiyi barədə məlumat yayılmışdı. Həmin vəsaitin Panama, Peru, Ekvador və Kolumbiyaya ayrılması nəzərdə tutulurdu.
Aydın