
Yaponiyanın Hokkaydo prefekturasında yetişdirilən 7 xüsusi alma hərracda 100 min yen (təxminən 31 min 500 lirə) satılıb. Bununla da ötən ilin qiymət rekordu təkrarlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Hokkaydo prefekturasının Hakodate şəhərindəki topdansatış bazarında ilin ilk hərracı keçirilib. Hərraca Nanae qəsəbəsində yetişdirilən “Nanamitsuki” markalı xüsusi almalar çıxarılıb. Ən yüksək təklif alan 7 alma 100 min yen alıcı tapıb. Beləliklə, ötən il qeydə alınan qiymət rekordu yenidən təkrarlanıb.
Almaların sahibi olan topdansatış şirkətinin nümayəndəsi Yuji Sotozaki məhsulun keyfiyyətini yüksək qiymətləndirib.
“Bu almaların dadı bal kimidir və həqiqətən çox ləzzətlidir. Satışına rast gəlsəniz, mütləq dadına baxın”, - deyə o bildirib.
Shinhakodate Kənd Təsərrüfatı Kooperativinin açıqlamasına görə, builki almalar ötən illə müqayisədə daha iri və keyfiyyətlidir. Keçən il isə tayfunlar məhsulun böyük hissəsinə zərər vurmuşdu.
Qeyd edək ki, Yaponiyada xüsusi üsullarla yetişdirilən yüksəkkeyfiyyətli meyvələr ilin müxtəlif dövrlərində hərraclara çıxarılır. Alıcılar bu məhsulları yüksək qiymətə əldə etməklə yanaşı, ödədikləri məbləğdən reklam və tanıtım məqsədilə də istifadə edirlər.
Günay