
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin Nəsimi Rayon Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.
Qaynarinfo lent.az-a istinadla xəbər verir ki, məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılmasına qərar verib.
Xatırladaq ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluq etməkdə ittiham edilirlər. Onlar ötən ay məhkəmənin qərarı ilə həbs ediliblər.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.