
2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidmətinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 106.9 milyon manat bərpa edilib, 100.9 milyon manat xərcin qarşısı alınıb.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, hesabat dövründə xidmət tərəfindən 84 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.
Bunlardan 52 təşkilatda yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında aparılıb. Digər 32 təşkilatda isə plandankənar yoxlamalar həyata keçirilib.
Bərpa edilmiş və qarşısı alınmış vəsaitlərə dair göstəricilər nəzarət tədbirləri başa çatdırılmış obyektləri əhatə edir.