Xəbər lenti

"Nvidia" çökür: Şirkət 450 milyard dollar itirdi, texnologiya nəhəngləri də zərər gördü
Texnologiya10:39 13.11.2026

"Nvidia" çökür: Şirkət 450 milyard dollar itirdi, texnologiya nəhəngləri də zərər gördü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Süni intellekt sahəsində dünyanın aparıcı çip istehsalçısı olan "Nvidia" şirkətinin səhmləri qalmaqaldan sonra kəskin ucuzlaşıb. Şirkətin rəhbəri Censen Huanın istefası ilə bağlı yayılan məlumatlar investorlar arasında narahatlıq yaradıb və bu, texnologiya sektorunda genişmiqyaslı satışlara səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” və “Reuters” məlumat yayıb.

Məlumata görə, noyabrın 12-də "Nvidia"nın səhmləri 11 faiz ucuzlaşaraq 155,13 dollara düşüb. Nəticədə şirkətin bazar dəyəri bir sessiya ərzində təxminən 450 milyard dollar azalıb.

"Nvidia" ətrafında yaranan vəziyyət digər texnologiya şirkətlərinin səhmlərinə də təsir göstərib. “CoreWeave” şirkətinin səhmləri 9,1 faiz, “Nebius”un səhmləri isə 16,2 faiz geriləyib. “Oracle” 2,6 faiz, “Marvell Technology” 3,8 faiz, “Micron Technology” isə 2,5 faiz dəyər itirib. “Sandisk” və “Western Digital” şirkətlərinin səhmlərində də müvafiq olaraq 6 və 3,7 faizlik azalma qeydə alınıb.

"Nvidia" ilə bağlı xəbərlər kriptovalyuta bazarında da mənfi qarşılanıb. Bitcoinin qiyməti 4 faiz ucuzlaşaraq 71 385 dollara, Ethereum isə 3,2 faiz geriləyərək 2 002 dollara düşüb.

Bununla yanaşı, bəzi investorlar vəsaitlərini "Nvidia"-nın rəqiblərinə yönəldiblər. Nəticədə “Broadcom”, “Alphabet” və “Samsung Electronics” şirkətlərinin səhmlərində artım müşahidə olunub.

Qeyd edək ki, 63 yaşlı Censen Huan 1993-cü ildə "Nvidia"-nı təsis edib və 33 il ərzində şirkəti süni intellekt texnologiyaları üçün çip istehsalında dünyanın aparıcı oyunçularından birinə çevirib. Şirkətin səhmləri 1999-cu ildə birjaya çıxarılandan bəri 700 mindən çox faiz bahalaşıb. "Nvidia"-nın bazar dəyəri müəyyən dövrlərdə 5 trilyon dolları da ötüb.

Huanın istefası ilə bağlı yayılan məlumatlarda onun iki nikahdankənar münasibətinin üzə çıxmasının qalmaqala səbəb olduğu bildirilir. İddialara görə, həmin qadınlardan birinin Çin kəşfiyyatı ilə əlaqələri ola biləcəyi ehtimal edilir. Bu məlumatlar ABŞ-da xüsusilə həssas qarşılanıb. Çünki Vaşinqton qabaqcıl yarımkeçirici texnologiyaların Çinə ixracına məhdudiyyətlər tətbiq edir və bu texnologiyaların hərbi məqsədlərlə istifadə olunmasından narahatdır.

Aydın