Xəbər lenti

Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə üz-üzə gələcək
İdman09:19 13.11.2026

Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə üz-üzə gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan futbol millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Vaduts şəhərindəki “Reynpark” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Ayxan Abbasovun baş məşqçis olduğu Azərbaycan millisi hazırda 3 oyundan 5 xalla qrup lideridir. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşıb.

Yığmamız Lixtenşteynə qalib gələcəyi təqdirdə qrupun son oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vuracaq.

Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.

Millətlər Liqası
II qrup
IV tur

13 noyabr

23:45. Lixtenşteyn - Azərbaycan
Baş hakim:
Kristo Tohver (Estoniya)
“Rheinpark” stadionu, Vaduz