
Xəbər verdiyimiz kimi, Aərbaycan idmançısı Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 18 yaşadək qızlar arasında mübarizə aparan idmançımız turnirdə keçirdiyi 8 görüşün hamısında qalib gələrək 8 xalla fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bu qələbə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Nərmin Abdinovanın qazandığı qızıl medal 12 ildən sonra ölkəmizin bu yaş qrupunda qızlar arasında əldə etdiyi ilk Avropa çempionluğu olub.
Qeyd edək ki, Azərbaycanın U-18 yaş qrupu üzrə qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.