Xəbər lenti

22 yaşlı fransalı futbolçu məşq zamanı vəfat etdi
İdman17:46 11.11.2026

22 yaşlı fransalı futbolçu məşq zamanı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın “Sent-Deni” klubunun müdafiəçisi Vanis Onsor məşq zamanı ürəyinin dayanması nəticəsində dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə futbolçunun yetirməsi olduğu “Ruan” klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun məşq zamanı qəfil halı pisləşib. Komanda yoldaşları ona ilkin tibbi yardım göstərməyə və ürəyini yenidən işə salmağa çalışsalar da, bütün cəhdlər nəticəsiz qalıb.

“Vanis bizim yetirməmiz idi. O, klubumuzun müxtəlif yaş qruplarında, daha sonra isə əvəzedici komandasında çıxış edib. 2023/2024 mövsümündə əsas komandamızın heyətində üç oyuna çıxıb və bir qol vurub. ‘Ruan 1899’ klubu onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, deyə klubun açıqlamasında bildirilib.

Aydın