Xəbər lenti

Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Maqazin13:47 11.11.2026

Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Arzum gözümdə qaldı".

Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Fatma Mahmudova qızı Nigar Tofiqin toyunun baş tutmamasından danışarkən deyib.

Aktrisa qızının gəlin otağının bəzəkli qaldığına üzüldüyünü bildirib:

"Xaraba, viran qalmış evin əvəzində bu evi Nigara bağışladılar. Dövlətimə təşəkkür edirəm. Bu evi böyük həvəslə bəzədim. Qırmızı lentlər bağlanıb. Çalışın, yaxşılıq edin, pisliyə nə var. Bu əşyaları mən min zülmlə alıb bu evə yerləşdirmişdim. İmkansız adamam. Nigara aldığım mebellərin qapısı açılmamış qaldı".

Fatma Mahmudova qızına bu zərbənin ətrafından vurulduğunu bildirib.

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiq nişanlanmışdı. Toya az qalmış Nigar Tofiqin nişanı pozulub və bu səbəbdən gözlənilən toy mərasimi baş tutmayıb.

Bahar Rüstəmli