Xəbər lenti

"Breaking Bad"ın ulduzunun həm 25 illik ailəsi dağıldı, həm də biznes batdı
Maqazin10:43 05.11.2026

"Breaking Bad"ın ulduzunun həm 25 illik ailəsi dağıldı, həm də biznes batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Breaking Bad” serialında Hank Şkrader obrazı ilə tanınan amerikalı aktyor Din Norrisin şəxsi həyatında və biznes fəaliyyətində ciddi problemlər yaşadığı üzə çıxıb. Aktyorun həyat yoldaşı Bricit Norrisdən ayrıldığı və ailəyə məxsus restoranın iflas təhlükəsi ilə üzləşdiyi məlum olub.

Qaynarinfo xəbər verir ki, cütlük 25 illik nikahdan sonra ötən il yollarını ayırmaq qərarına gəlib. Bricit Norris 2025-ci il fevralın 14-də boşanma üçün məhkəməyə müraciət edib. Din Norris isə təxminən iki ay sonra buna cavab verib. Lakin boşanma prosesi hələ yekunlaşmayıb.

Məhkəmə sənədlərində cütlüyün faktiki ayrılıq tarixinin 15 yanvar 2025-ci il olduğu, buna səbəb kimi isə ciddi fikir ayrılıqlarının göstərildiyi bildirilir. Bricit Norris beş övladının birgə qəyyumluğunu və aliment ödənilməsini tələb edir. Uşaqlardan ikisinin hələ yetkinlik yaşına çatmadığı qeyd olunur.

Ailə problemləri ilə yanaşı, cütlüyün biznesi də maliyyə çətinlikləri ilə üzləşib. Onların Kaliforniya ştatının Temekula şəhərində yerləşən “Swing Inn Cafe” restoranı sentyabrın 25-də müflisləşmə ilə bağlı məhkəməyə müraciət edib.

Sənədlərə əsasən, restoranın 147 min 809 dollar dəyərində aktivinə qarşılıq 1 milyon 811 min 598 dollar borcu var. Şirkət ABŞ qanunvericiliyində “Chapter 11” kimi tanınan prosedur çərçivəsində iflas müraciəti edib. Bu mexanizm müəssisəyə fəaliyyətini davam etdirməklə borclarını yenidən strukturlaşdırmaq imkanı verir.

Din və Bricit Norris 2002-ci ildə 1927-ci ildən fəaliyyət göstərən restoranı satın alıblar. Cütlüyün birgə biznes layihələri bununla da məhdudlaşmır. Onlar 2018-ci ildə Murrieta şəhərində Norris Səhnə Sənətləri Mərkəzini də yaradıblar. Burada 3-18 yaşlı uşaqlara rəqs, vokal, aktyorluq və musiqili teatr üzrə təlimlər keçirilir.

Qeyd edək ki, 63 yaşlı Din Norris 2008-2013-cü illərdə yayımlanan “Breaking Bad” serialında canlandırdığı Hank Şkrader obrazı ilə dünya şöhrəti qazanıb. Karyerası ərzində 150-dən çox film və televiziya layihəsində rol alan aktyor daha çox sərt xarakterli polis və hüquq-mühafizə orqanı əməkdaşlarını canlandırması ilə tanınır.

Aydın