Xəbər lenti

Maldivə alternativ: Türkiyədə payız tətili üçün ideal məkan
Dünya08:15 05.11.2026

Maldivə alternativ: Türkiyədə payız tətili üçün ideal məkan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Maldiv adalarına alternativ axtaran turistlərin diqqəti Türkiyə Rivyerasına yönəlib. Aralıq dənizinin sahilində yerləşən bu bölgə isti havası, təmiz çimərlikləri, tarixi abidələri və lüks istirahət imkanları ilə payız mövsümündə də turistləri cəlb edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşri yazıb.

Bölgənin ən diqqətçəkən turizm məkanlarından biri qədim Side şəhəridir. Eramızdan əvvəl VII əsrdə salınan şəhərdə Roma forumu, antik teatr və bərpa edilmiş yunan fəvvarəsi kimi tarixi abidələr qorunub saxlanılıb. Xüsusilə qədim dövrdə dağlardan şəhərə suyun çatdırılması üçün yaradılmış mühəndislik sistemləri turistlərin marağına səbəb olur.

Yerli bələdçi İsmətin sözlərinə görə, təxminən 2 min il əvvəl qurulan drenaj sistemi bu gün də fəaliyyət göstərir. O, Side şəhərini qədim ticarət yolları üzərində yerləşdiyinə görə mühüm tarixi mərkəz kimi xarakterizə edir.

Türkiyə Rivyerasının payızda daha cəlbedici olmasının əsas səbəblərindən biri də hava şəraitidir. Bələdçinin bildirdiyinə görə, bölgədə ildə təxminən 320 gün günəşli hava müşahidə olunur. Oktyabr və noyabr aylarında gündüzlər havanın temperaturu təxminən 27 dərəcəyə çatır, dəniz isə çimərlik istirahəti üçün kifayət qədər isti qalır. Üstəlik, bu dövrdə yay ayları ilə müqayisədə turistlərin sayı xeyli azalır.

Nəşrin müəllifi hesab edir ki, Türkiyə Rivyerası istirahətin cəlbediciliyi baxımından Maldiv adaları ilə rəqabət apara bilər. Bununla yanaşı, bölgənin Avropaya daha yaxın olması, yolun qısa çəkməsi və uzunmüddətli saat qurşağı fərqinin yaratdığı yorğunluğun (jetlag) olmaması da mühüm üstünlüklər sırasındadır.

Aydın