Xəbər lenti

"Politico": Avropa Trampın partiyasının seçkilərdə məğlubiyyətinə sevinir
Dünya18:18 04.11.2026

"Politico": Avropa Trampın partiyasının seçkilərdə məğlubiyyətinə sevinir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdəki məğlubiyyətini məmnunluqla qarşılayıb. Avropalı siyasətçilər ümid edirlər ki, seçkilərin nəticələri Trampı diqqətini daxili problemlərə yönəltməyə məcbur edəcək və bununla da Avropa İttifaqına qarşı təzyiqlər azalacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropada seçkilərin nəticələri müəyyən mənada sevinclə qarşılanıb. Məqalədə qeyd olunur ki, demokratların hətta Texas və Kanzas kimi ənənəvi olaraq respublikaçıların güclü olduğu ştatlarda uğur qazanması Tramp üçün ciddi siyasi zərbə hesab olunur.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. Səsvermə zamanı Senatın üçdə biri, Nümayəndələr Palatasının bütün üzvləri və ölkənin 36 ştatında qubernatorlar seçilib.

Seçkilərədək Konqresin hər iki palatasına hakim Respublikaçılar Partiyası nəzarət edirdi. Yeni seçkilərin nəticələrinə əsasən formalaşacaq 120-ci çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.

Aydın