Xəbər lenti

Adi balıq ovu avstraliyalı kişiyə 1 milyon dollar qazandırdı
Dünya17:42 04.11.2026

Adi balıq ovu avstraliyalı kişiyə 1 milyon dollar qazandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstraliyanın Darvin şəhərində yaşayan 26 yaşlı Metyu Moris təsadüfi balıq ovu zamanı milyonçuya çevrilib. O, qardaşı ilə söhbət edərkən tutduğu balığın üzərindəki xüsusi nişan sayəsində 1 milyon Avstraliya dolları (təxminən 696 min ABŞ dolları) qazanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, Metyu Moris xaricdən gələn qardaşı ilə vaxt keçirmək üçün balıq ovuna gedib. Onun sözlərinə görə, əsas məqsədi balıq tutmaqdan daha çox qardaşı ilə söhbət etmək olub. Lakin təxminən 80 santimetr uzunluğunda ağ dəniz xanısı tutduqdan sonra gözlənilməz hadisə baş verib. Balığın üzərində qırmızı nişan aşkarlanıb.

Sonradan məlum olub ki, bu balıq “Million Dollar Fish” adlı yarışma çərçivəsində su hövzələrinə buraxılan xüsusi balıqlardan biridir. Təşkilatçılar müsabiqə üçün üzərində nişan olan 100 dəniz xanısı buraxıblar. Onlardan hər birini tutan şəxsə 10 min Avstraliya dolları, qırmızı nişanlı balığı tutana isə baş mükafat – 1 milyon Avstraliya dolları nəzərdə tutulub.

Maraqlısı odur ki, Moris yarışmanın rəsmi iştirakçısı belə olmayıb. O, müsabiqəyə qatılmağı planlaşdırmadığı üçün qeydiyyatdan keçməyib. Qəfil qazanc əldə edən avstraliyalı jurnalistlərə mükafatla ev almağı düşündüyünü bildirib.

Aydın