
Dünya bazarında portağalın qiyməti 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə enib. Oktyabr ayında meyvənin bir kiloqramının orta qiyməti 75 sent təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Dünya Bankının məlumatlarını təhlil edən “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, sentyabr ayı ilə müqayisədə portağalın kiloqramı 4 sent ucuzlaşıb. Beləliklə, qlobal bazarda meyvənin qiyməti son dörd ilin minimumuna çatıb.
Bunun əksinə olaraq, şəkərin qiymətində artım qeydə alınıb. Oktyabrda şəkərin bir kiloqramı 43 sentə yüksəlib. Bu, 2024-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Bir ay ərzində şəkərin kiloqramı 2 sent bahalaşıb.
Qeyd edək ki, dünya ərzaq bazarında portağal və şəkərin qiymətləri fərqli istiqamətlərdə dəyişib. Portağal ucuzlaşdığı halda, şəkərin bahalaşması davam edib.
Aydın