Xəbər lenti

Anar Bayramov 16 illik direktoru işdən çıxardı (FOTO)
Ölkə12:27 04.11.2026

Anar Bayramov 16 illik direktoru işdən çıxardı (FOTO)

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.

Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.

Elşad Ömərov

Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi olub. Cəbrayıl Tofiq oğlu Əsədzadə qurum yaradıldığı vaxtdan ona rəhbərlik edirdi.

Aydın